Salome Zurabişvili Litva prezidenti ilə görüşür
Salome Zurabişvili Litva prezidenti ilə görüşür

Gürcüstan prezidenti Salome Zurabişvilinn Litvaya rəsmi səfəri başladı.

Vilnyusdaki prezident iqamətgahında Salome Zurabişviliyi Litvalı həmkarı Gitanas Nauseda qarşıladı.

Gürcüstanın Birinci Kanalının Vilnyusdaki müxbirinin verdiyi məlumata görə, üz-bə-üz görüşdən sonra prezidentlər Valdas Adamkus adına konfransın açılışında iştirak edəcəklər.

Gürcüstan prezidenti konfransda nitqlə çıxış edəcək.

Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, prezidentin çıxışının əsas mövzusu işğal və Gürcüstan ərazilərinin qeyri-qanuni borderizasiyası olacaq.