Gürcü hərbiçiləri Litva Silahlı Qüvvələrinin yaradılmasının 100 iliyinə həsr olunmuş paradda iştirak etdilər
Gürcü hərbiçiləri Litva Silahlı Qüvvələrinin yaradılmasının 100 iliyinə həsr olunmuş paradda iştirak etdilər

Gürcü hərbiçiləri Litva Silahlı Qüvvələrinin yaradılmasının 100 iliyinə həsr olunmuş paradda iştirak etdilər. Bu barədə Litva prezidenti, Dalya Qribauskaytenin rəsmi vebsəhifəsində yayılan bəyanatda deyilir. Litva prezidentinin mətbuat xidmətinin məlumatına görə, paradda Litva hrbiçiləri ilə birlikdə NATO-nun üzv və partnyor ölkələri hərbiçiləri iştirak edirdilər, o cümlədən Gürcüstan, Ukrayna və Moldovadan. Paradda cəmi 1 800 hərbiçi iştirak edirdi.

“Biz, bu gün 20-dən artıq hərbiçiyə ev sahibliyi edirik. Sizin burada iştirak etməyiniz çox əhəmiyyətlidir. Biz, birlikdə güclü və birik. Biz, birlikdə azadlığımızı müdafiə edəcəyik.

Biz, Litva və müttəfiq qüvvələrinin birliyi ilə fəxr edirik. Litva bayrağı ilə birlikdə bir çox başqa ölkənin bayrağının dalğalanmasını görmək fəxredicidir, – Litva prezidenti, Dalya Qribauskayte paradda nitqlə çıxış edərkən bəyan etdi.