Levan Dadunaşvilinin atası - Kimlərsə evlərinin qapısını bağlayıb, bizi dinləyirlər və uşaqlarını polisə tapşırmırlar [Video]

Kimlərsə evlərinin qapısını bağlayıb, bizi dinləyirlər və cinayət törədən uşaqlarını gətirib, polisə tapşırmırlar, –  dedi Xorava küçəsində öldürülən Levan Dadunaşvilinin atası Davit Dadunaşvili.

“Mən Levanın atasıyam və heç bir zaman kameraların qabağında olmamışam, ancaq bir-iki saat bundan öncə, mitinqdə bir şəxs çıxış etdi və özünü mənim oğlumun kirvəsi kimi təqdim etdi. Belə şey olmaz. Dəstək verirsinizsə, dəstək verin, ancaq avantyuralara yer verilməməlidir” – dedi Levan Dadunaşvilinin atası.

Levan Dadunaşvilinin atası, oğlunun qətlində iştirak edən gənclərin valideynlərinə müraciət etdi ki, çıxıb, polisə ifadə versinlər ki, istintaq doğru şəkildə aparılsın.