"Ədalət siyasətçilərsiz bərpa olunsun" - Vake Parkında gənclərin təşəbbüsü ilə aksiya keçirilir
Vake Parkında “Ədalət siyasətçilərsiz bərpa olunsun” aksiyasına toplaşırlar.
Aksiya Xorava küçəsində qətlə yetirilən – Levan Dadunaşvili və David Saralidzenin ailələrinə həmrəylik əlaməti olaraq keçirilir.
Təşkilatçılar bəyan edirlər ki, yalnız cinayətkarların deyil, həmçinin onlara himayədarlıq edənlərin də cəzalandırılmasını tələb edirlər.
Elə onların dediyinə görə, Rustaveli prospektində keçirilən aksiyaya onlar qatılmayacaqlar, çünki hesab edirlər ki, siyasətçilər ailənin faciəsini, özlərinə xal qazanmaq üşün istifadə edirlər.