Levan Dadunaşvilinin anası - Xorava küçəsindəki faciədə nə zərər görən, nə də günahkar yoxdur, hamımız sadəcə zərər gördük
Levan Dadunaşvilinin anası - Xorava küçəsindəki faciədə nə zərər görən, nə də günahkar yoxdur, hamımız sadəcə zərər gördük

Xorava küçəsindəki faciədə nə zərər görən, nə də günahkar yoxdur, hamımız zərər gördük, – bu sözləri Xorava küçəsində öldürülən yeniyetmənin anası Natia Sakvarelidze məhkəmədə dedi.

“Bəzi insanlar hərşeyi özü üçün edir. Yəqin cinayəti törədənlər belə nəticəyi istəyirdilər. Biz böyük bir zülmün zərər görənləriyik və bundan sonra əlimizdən gələni etməliyik ki, belə hadisə təkrarlanmasın” – dedi Dadunaşvilinin anası.

Xorava küçəsində törədilən qətldə ittiham edilənlərdən birində 10 il və 6 ay, digərinə isə, 9 il həbs cəzası verildi, – bu qərarı hakim Eka Areşidze bir neçə dəqiqə bundan öncə elan etdi.

Yeniyetmələrdən biri, ölən yaşıdlarının hər ikisi bıçaqlamaqla ittiham edilir, digəri isə, sadəcə birini.

Xorava küçəsində, 2017-ci ilin dekabr ayında törədilən qətl cinayətində ittiham edənlər, dünən Tbilisi Şəhər Məhkəməsi tərəfindən suçlu elan edildilər.