Kutaisi və Vyana arasında hava gediş-gəlişi 11 oktyabrdan başlayır
Kutaisi və Vyana arasında hava gediş-gəlişi 11 oktyabrdan başlayır

Kutaisi və Vyana arasında hava gediş-gəlişi 11 oktyabrdan başlayır, – bu barədə Birinci Kanala “Aeroportlar Birləşməsindən” bildirdilər

“Wizz air” aviaşirkəti Kutaisidən Vyana istiqamətinə ilk müntəzəm reysinin yerinə yetirəcək.

İlk reys Kutaisidən Vyana istiqamətinə saat 07:25-də həyata keçiriləcək. Müntəzəm reyslər isə, həftədə iki dəfə: cümə axşamı və bazar günü olacaq.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstan Aeroportları Birləşməsi” MMC-nin məlumatına görə, Avstriya, Kutaisidən birbaşa həyata keçirilən sıra ilə 15-ci ölkə və 21-ci istiqamətdir.

“Kutaisi David Ağmaşenebeli adına Beynlxalq Aeroportunun inkişafı davam etdirilir. Aeroporta yeni servislər əlavə olundu, kommersiya və qidaları obyektləri artırıldı, sərnişinlər axını artdı. “Gürcüstan Aeroportları Birləşməsi” daimə yeni aviaistiqamətlər üzrə işləyir.

11 oktyabrda aeroportumuzda Avropanın daha bir paytaxtı – Vyana istiqamətinə birbaşa aviareyslər həyata keçiriləcək. Kutaisi Beynlxalq Aeroportunun “Wizz air” aviaşirkəti ilə 6 illik məhsuldar əməkdaşlığı var”, – Gürcüstan Aeroportları Birləşməsi” MMC-də bəyan edirlər.

Oktyabrın 11-də saat 15:00-da Vyanadan Kutaisi Beynlxalq Aeroportuna ilk təyyarə enəcək. Aeroportda qarşılama mərasimi keçirilcək.