Kutaisi Beynəlxalq Universiteti (KİU) bugün açılacaq.
Açılıış mərasimində tələbələri Kutaisi Beynəlxalq Universitetinin fəxri prezidenti, professor Volfqanq Herman və Universitetin rektoru, professor Aleksandre Tevzadze qarşılayacaqlar.
Beynəlxalq Kutaisi Universiteti (KIU) tələbələr və personal üçün ayrılan yaşayış otaqlarını, akademik binaları, kitabxanayı, kafeyi, daxili və xarici rekreasiya zonalarını, elektronəqliyyatı və velosiped yolunu əhatə edir.
Universitet ilk tələbə axınını üç ixtisas üzrə qəbul edəcək – Riyaziyyat, Kompyuter elmləri və Menecment. Gələcəkdə isə, ixtisas sayı artacaq.
Bununla yanaşı, Kutaisi Beynəlxalq Universiteti Yulix Tədqiqat Mərkəzinin çərçivə müqaviləsinə də qoşulub. Belə ki, tələbələrin Yulix Tədqiqat Mərkəzində müxtəlif layihələr həyata keçirmək üçün imkanları olacaq.
Kutaisi Beynəlxalq Universiteti tələbələrin müxtəlif kateqoriyalarının təhsil pulunu də ödəyəcək.
Bununla yanaşı, Universitetdə tələbələr üçün qrant fondu da fəaliyyət göstərir.
Kutaisi Beynəlxalq Universitetinin təsis edilməsi üçün Bidzina İvanişvili və ailəsi milyard avroluq xeyriyyə həyata keçiriblər.
Kutaisi Beynəlxalq Universitetinın açılışı və tələbələrin qəbul mərasimi bugün 13:00-da keçiriləcək.