Konqressmen Adam Kinzinger - Putinə sərt siqnal göndəririk, Gürcüstanın işlərinə qarışana qədər yaxşı düşünsün
“Gürcüstan ABŞ-ın güclü partnyorudur və onun ərazi bütövlüyünün təmin edilməsi Avropanın təhlükəsizliyinin və ABŞ-ın maraqlarının qorunması üçün çox əhəmiyyətlidir”, – bu barədə ABŞ-ın nümayəndələr palatasında Gürcüstana dəstək aktının müzakirəsi zamanı qanunlayihənin məruzəçilərindən biri olan, İllinois ştatının konqressmeni Adam Kinzinger verdi.
Respublikaçı konqressmenin öz məruzəsində bildirdiyi kimi, Rusiya 2008-ci ilin aqressiyasından sonra da, on ildir Gürcüstanın daxili və xarici işlərinə qarışmağa davam edərək, əhalidə xaos yaradır.
“Rusiya Gürcüstan ərazisinin 20 faizini təşkil edən Abxaziya və Cənubi Osetiyayı işğal edib. Putin dinc əhalinin torpaqlarında sünii baryerlər qoyaraq, yerli əhaliyi ölkənin digər hissəsi ilə ünsiyyətdən məhrum edib. İşğala görə, çox sayda insan məcburi köçkünə çevrildi” – deyib konqresmen.
Onun dediyinə görə, Gürcüstana dəstək aktı ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bir daha təsdiqləyir.
“Putinə sərt siqnal göndəririk, Gürcüstanın işlərinə qarışana qədər yaxşı düşünsün” – dedi Kinzinger.