Konqresmen Adam Kinzinger - ABŞ-ın böyük dostu olan Gürcüstan, Rusiya aqressiyası ilə mücadələ etməyə səbrlə davam edir

ABŞ-ın nümayəndələr palatasının xarici əlaqələr komitəsinin Avropa alt komitəsində “Demokratiya və NATO alyansı: demokratik dəyərlərimizin qorunması” adlı iclas keçirildi.

İclasda Polşanın sabiq prezidenti və dünyada sülh sahəsində Nobel premiyasının laureatı və “Lex Kaçinski İnstitutunun” təsisçisi Lex Valensa da iştirak edirdi.

ABŞ-ın nümayəndələr palatasının xarici əlaqələr komitəsinin Avropa alt komitəsinin həmsədri və Konqresdə Gürcüstanın dost qrupunun üzvü Adam Kinziger Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyən bəyanat verdi.

“Alyansa daxil olan ölkələrin idarəçiliyinin yaxşılaşdırılması üçün, öncə bu ölkələrə verdiyimiz vədləri yerinə yetirməliyik. Gürcüstandan yeni qayıtdım, bir həftə orada qaldım və işğal altında yaşayan əhalinin vəziyyətini gördüm. ABŞ-ın böyük dostu olan Gürcüstan, Rusiya aqressiyası ilə mücadələ etməyə səbrlə davam edir. Ancaq NATO-da Rusiyayı qəzəbləndirməkdən qorxan ölkələr var. NATO-nun Rusiyadan qorxması həqiqətən çox gülməlidir” – dedi konqresmen.