Konqresmen Adam Kinzinger - Ümid edirəm ki, proposiyonal seçki sistemi ilə bağlı vəziyyət tez zamanda düzələcək
Konqresmen Adam Kinzinger - Ümid edirəm ki, proposiyonal seçki sistemi ilə bağlı vəziyyət tez zamanda düzələcək

ABŞ Konqresinin Respublikaçılar partiyasının nümayəndəsi Adam Kinzinger dünən Gürcüstanda baş verən hadisələrə səslənir.

Kinzinger deyir ki, Gürcüstan parlamenti tərəfindən proporsiyonal seçki sisteminə keçiş haqqında qanunlayihənin ləğv olunması ilə verdiyi qərara görə, şokdadır.

“Keçən həftə, Gürcüstanda olduğum zaman orada keçiriləcək olan islahatlar paketi ilə razı idim. Gürcüstan iqtidarı necə beynəlxalq ictimaiyyət, eləcə də gürcü xalqı qarşısında üzərinə müəyyən öhdəliklər götürdü və onları yerinə yetirməlidir. Əminəm ki, yaranan vəziyyət tez zamanda düzələcək” – deyib Adam Kinzinger.

Kinzingerin dediyinə görə, gürcü xalqı parlament tərəfindən verilən qərardan və orada baş verəən hadisələrdən çox daha yaxşısına layiqdir.

“Gürcüstan – Rusiya deyil və gürcü xalqı parlamentin ona təqdim etdiyindən çox daha yaxşısına layiqdir. Gürcüstanın rəsmi şəxslərinə müraciət edirəm, islahatlar paketi üzərində işləməyə davam etsinlər. Biz istəyirik ki, Gürcüstan Qərbin müttəfiqi olsun. Son baş verən hadisələr isə, Putin üçün hədiyyə kimidir” – deyib konqresmen.