Adam Kinzinger - Nika Meliyanın yaxalanması Gürcüstan hökumətinin narahatdoğurucu addımıdır
Adam Kinzinger - Nika Meliyanın yaxalanması Gürcüstan hökumətinin narahatdoğurucu addımıdır

“Vahid Milli Hərəkatın” sədri, Nika Meliyanın yaxalanmasını Amerikalı konqressmen, Adam Kinzinger narahatdoğurucu adlandırır. Kinzinger Gürcüstan hökumətini dramatik hərəkətlərdən imtina etməyə çağırır.

“Bu Gürcüstan hökumətinin çox narahatdoğurucu addımıdır. Gərgin durumu nəzərə alaraq, Gürcüstan hökumətini dramatik hərəkətlərdən imtina etməyə çağırıram. Hamımız baxırıq. Bu reydi birbaşa efirdə izlədim. Mən, Gürcüstan fraksiyasının həmsədri kimi, çox narahatam. Az öncə Gürcüstana dəstək aktını daxil etdik. Bu vatomatik olan bir şey deyil”, – Kinzinger “tvitter” sosial şəbəkəsində yazır.

“Vahid Milli Hərəkatın” sədri, Nika Meliya yaxalanıb. Hüquqmühafizəçilər az öncə “Milli Hərəkatın” ofisinin Nika Meliyanın olduğu otağa daxil oldular.