Adam Kinzinger – Gürcüstan Parlamentini dəyişikliklərin qəbulu münasibətilə təbrik edirəm, səfir Kelli Deqnana ağır işlər və həlledici rolu üçün minnətdarlığımı bildirirəm

18:55, 29.06.2020

Amerikalı konqressmen, Adam Kinzinger Gürcüstan Parlamentini konstitusiya dəyişikliklərinin qəbulu münasibətilə təbrik edir.

Konqressmen “tvitter”-də yaydığı bəyanatda bütün tərəflərə 8 mart razılaşmasını yerinə yetirməyə çağırır.

117 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi.

Dəyişiklikləri üç deputat – Bidzina Qeqidze, Kaxa Okriaşvili və Aleksandre Erkvaniya dəstəkləmədi.

Bu günki səsvermədə “Avropa Gürcüstanı” və “Milli Hərəkat” iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

https://twitter.com/RepKinzinger/status/1277593054111772673?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1277593054111772673%7Ctwgr%5E&ref_url=https%3A%2F%2F1tv.ge%2Fnews%2Fadam-kinzingeri-vulocav-saqartvelos-parlaments-cvlilebebis-mighebas-madloba-elch-keli-degnans-mdzime-samushaosa-da-gadamwyveti-rolistvis%2F

Oxşar