Xorava küçəsində baş verən qətl işi üzrə dörd şahid sorğu olundu
Xorava küçəsində baş verən qətl işi üzrə dörd şahid sorğu olundu

Tbilisidə, Xorava küçəsində baş verən qətl işi üzrə dörd şahid sorğu olundu. O cümlədən məhkəmə-tibbi ekspertlər. Onlar qətlə yetirilən həddi büluğa çatmayana yetirilən zədələr barəsində danışdılar.

Müdafiə tərəfinin sübut etdiyinə görə, sorğu olunan ekspertlərin ifadəsi ilə təsdiq olunur ki, qətl silahi iki biçaqdan artıqdır.

Müdafiə tərəfinin bu bəyanatı ilə prokuror razılaşmır.

İttiham tərəfi bəyan edir ki, qeyd olunan ekspertlər qətl silahi  ilə bağlı suallar cavab vermirdilər, çünki bu onlarım səlahiyyəti deyil.

“Dörd şahid sorğu olundu. Burada ikisi məhkəmə-tibbi ekspertidir. Zədələr barəsində danışdılar. Şahidlərdən biri hadisə yerində idi. O, dedi ki, yalnız iki müttəhimin biçağı var idi.

Bu gün sorğu olunan ekspertlər yalnız zədələr barəsində danışdılar. Müdafiə tərəfinin bıçağa aid olan sualına, hər iki ekspert bəyan etdi ki, bu onlarım səlahiyyəti deyil. Mənim üçün anlaşılmazdır, müdafiə tərəfi bu çəlumatı nəyə görə yayır”, – prokuror Zviad Pxakadze bəyan etdi.

Növbəti iclas aprelin 24-də olacaq.