Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğına xarici mediya əks səda verir. BBC, Gürcüstan Daxili İşlər naziri Giorgi Qaxariyaya istinad edərək yazır ki, hadisə nəticəsində 11 nəfər həlak oldu və 21 nəfər isə, xəsarət aldı.
BBC

BBC Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin rəsmi feysbuk səhifəsinə istinad edərək yazır ki, baş nazir “Şərq partnyorluğu” sammitindən,Tbilisi əvəzinə Batumiyə getdi.
“Az sonra yaydığı postunda o, həlak olanların ailələrinə baş sağlığı verdi və vəd etdi ki, istintaq yanğının səbəblərini araşdıracaq”, – BBC yazır.
Timeofisrael.com

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğına Timeofisrael.com əks səda verir və yazır ki, hadisə nəticəsində bir nəfər İsrail vətəndaşı xəsarət aldı.
Timeofisrael.com rəsmi idarələrə istinad edərək yazır ki, xəstəxanaya yerləşdirilmiş vətəndaşların sağlamlıq durumu sabitdir.
The guardian

Batumi yanğını barədə Theguardian yazır. Nəşr qeyd edir ki, mehmanxanada yanğının söndürülməsində 16 yanğınsöndürən ekipaj və 100-ə qədər yanğınsöndürən-xilasüdici işləyirdi.
Deutsche Welle

Alman nəşri “Deutsche Welle” qeyd edir ki, Batumi mehmanxanasında yanğın zamanı, gözəllik müsabiqəsinin iştirakçilar var idilər.
Mediya vasitə yazır ki, həlak olanlar arasında bir nəfər İran vətəndaşıdır. Xəsarət alanlar arasında isə İsrail və Türkiyə vətəndaşları var.
“Yanğının dəqiq səbəbi bu vaxta qədər, məlum deyil. Lakin hökumət nümayəndələri güman edirlər ki, hadisəyə səbəb, yanğın trequlasiyalarının nasazlığının olması mümkündür”, – “Deutsche Welle” yazır.
Sabah.com

“Leogrand” mehmanxanasında baş vermiş yanğın barədə türk mediyası da yazır. Sabah.com nəşri yazır ki, türk işadamı, Erol Avgörənə məxsus mehmanxanada yanğın baş verdi.
“Yanğın mehmanxananın qazanxanasında baş verdi və tezliklə yuxarı mərtəbələrə yayıldı”, – nəşr yazır.
Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.
DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.
Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.
Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.
Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.