Xarici İşlər Nazirliyi - gec-tez Rusiya Federasiyası Gürcüstanın ayrılmaz bölgələrinin üzdəniraq müstəqilliyinin tanınması qərarını dəyişməli olacaq
Xarici İşlər Nazirliyi - gec-tez Rusiya Federasiyası Gürcüstanın ayrılmaz bölgələrinin üzdəniraq müstəqilliyinin tanınması qərarını dəyişməli olacaq

Gec-tez Rusiya Federasiyası Gürcüstanın ayrılmaz bölgələrinin üzdəniraq müstəqilliyinin tanınması qərarını dəyişməli olacaq, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanat Rusiya tərəfindən Abxaziyanın üzdəniraq müstəqilliyinin tanınması günü ilə bağlı yayılır.

İdarənin bəyanatında qeyd olunur ki, bütün beynəlxalq həmdostluq Gürcüstanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir.

“Bu dəstək münaqişənin sülh yolu ilə həll olunması istiqaməti üzrə beynəlxalq aləmin addımlarında əks olunacaq. Avqust müharibəsinin 10 illiyində Almaniya kansleri, Angela Merkelin Gürcüstana səfəri məhz bu dəstəyin aydın sübutudur.

Gec-tez Rusiya Federasiyası Gürcüstanın ayrılmaz bölgələrinin üzdəniraq müstəqilliyinin tanınması qərarını dəyişməli olacaq. 2008-ci il avqustun 12-də Rusiya üzərinə öhdəlik götürdü ki, Gürcüstandan qüvvələrini çıxaracaq”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.