Xaricdə olan Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqələrini və passportlarını pulsuz ala biləcəklər
Xaricdə olan Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqələrini və passportlarını pulsuz ala biləcəklər

Ədliyyə Nazirinin təşəbbüsü ilə, xaricə olan Gürcüstan vətəndaşları mayın 15-dən şəxsiyyət vəsiqələrini pulsuz, xarici passportları isə, güzəştli qiymətə – 50 dollara ala biləcəklər.

Bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani Nazirlikdə keçirdyi brifinqdə verdi.

Pulsuz şəxsiyyət vəsiqələri xaricdə yaşayan Gürcüstan vətəndaşlarına üç ay ərzində veriləcək, xarici pasport isə, iki ay ərzində.

Tea Tsulukianinin bəyanatına görə, aksiyanın məqsədi 2018-ci ilin prezident seçkilərinin siyahısının düzəldilməsidir.

“Bununla yanaşı, şəxsiyyət vəsiqələrini və passportları aldıqdan sonra, xaricdə olan vətəndaşlarımızın biometrik göstəriciləri vahid göstəricilər bazasına daxil ediləcək.

Bundan əlavə, passportlarının və vəsiqələrinin müddəti keçən Gürcüstan vətəndaşları orada fəaliyyət göstərə bilmirlər, sərhədi keçə bilmirlər və Gürcüstan hökümətinin onlara təqdim etdiyi elektron və digər servislərdən istifadə edə bilmirlər” – dedi Tea Tsulukiani.