Kağız şəxsiyyət vəsiqələri olan Gürcüstan vətəndaşları ID kartını və passportu pulsuz alacaqlar
Kağız şəxsiyyət vəsiqələri olan Gürcüstan vətəndaşları ID kartını və passportu pulsuz alacaqlar

Gürcüstan Ədliyyə naziri, Tea Sulukianinin təşəbbüsü ilə, müddətsiz kağız şəxsiyyət vəsiqələri olan Gürcüstan vətəndaşları ID kartını və passportu bu gündən mayın 1-dək pulsuz alacaqlar

Gürcüstan Ədliyyə Nazirliyində bəyan edirlər ki, elektron şəxsiyyət vəsiqəsi müasir və Avropa standartlarına uyğundur.

Ədliyyə Nazirliyinin məlumatına görə, hazırkı göstəricilərlə, aktiv, müddətsiz kağız sənədi Gürcüstnın 400 minə qədər vətəndaşında var.

“Qeyd olunan aksiya ilə yararlanmaq arzusunda olan vətəndaşlar Ədliyyə Evlərinə, Dövlət Servisləri İnkişafı Agentliklərinə müraciət edə bilərlər. Aksiya çərçivəsində foto şəkilin çəkilməsi pulunu da ödəməyəcəklər”, – Gürcüstan Ədliyyə Nazirliyində bəyan edirlər.

İdarənin məlumatına görə, son aksiya ilə 93 620 vətəndaş yaralandı və köhnə sənədlərini yenisi ilə əvəzlədi.