Tea Sulukiani Aleko Elisaşviliyə müraciət etdi - Nika Qvaramiyanın nömrəsini yazdıracam, zəng edin və nə diktə etsə, o barədə danışın, seçkilər saxtalaşdırldısa, burada nə edirsiniz
Nika Qvaramiyanın telefon nömrəsini yazdıracam, zəng edin və nə diktə etsə, o barədə danışın, seçkilər saxtalaşdırldısa, burada nə edirsiniz, – Təhsil Komitəsinin sədri, Tea Sulukiani müxalifətçi, Aleko Elisaşviliyə bu cür müraciət etdi. Aleko Elisaşvili Parlamentin bu günki iclasında öz telefon nömrəsini bir daha səsləndirdi.
“İlk növbədə, deputat mandatına məsuliyyətin götürülməsi və Parlamentə daxil olması ilə yeni əlavə olunan deputatları təbrik etmək istəyirəm.
Cənab Aleko, siz burada demokratiyanın yüksək standartını göstərdiniz, xalqla necə ünsiyyətdə olmalısan və nömrənizi yazdırdınız. İstəyirəm məmin nömrəmi yazdıram. Bu 577 20 12 12-dir və qeyd edəsiniz, xalq da bilsin. Lakin bu mənim nömrəm deyil, Nika Qvaramiyanın nömrəsidir.
Zəng edin və nə diktə etsə, bu Parlamentdə o barədə danışın, əgər seçkilər saxtalaşdırldısa, burada nə edirsiniz – bu ritorikalı sual idi”, – Sulukiani Elisaşviliyə müraciət etdi.