Ədliyyə naziri müavini vəzifəsinə Akaki Sağiraşvili təyin olundu
Ədliyyə naziri müavini vəzifəsinə Akaki Sağiraşvili təyin olundu

Gürcüstan Ədliyyə naziri müavini vəzifəsinə Akaki Sağiraşvili təyin olundu. Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.

2018-ci ildən bu günə qədər Sağiraşvili İqtisadiyyat və Davamlı İnkişaf naziri müavini vəzifəsində işləyirdi.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Akaki Sağiraşvili Almaniyanın Fridrix-Vilhelm adına Bonn Universitetinin mülki hüquq magistridir (LL.M. (Magister iuris comperativi / 2004-2006 illər); 1997-2002 illərdə Tbilisi İvane Cavaxişvili adına Dövlət Universitetinin hüquqşünas fakuültəsində oxuyurdu.

Elə onların məlumatına görə, Sağiraşvili 2007-2015 illərdə “Gürcüstan Dəmir Yollarında” müxtəlif məsul vəzifələrində işləyirdi. 2009-2011 pedaqoloji fəaliyyət göstərirdi. İnglis, alman və rus dillərini bilir.

Akaki Sağiraşvili Ədliyyə naziri müavini vəzifəsinin icrasına bu gündən başladı.