Ketevan Tsixelaşvili - Arçil Tatunaşvili məsələsi ilə heç bir əlaqəsinin olmadığı ilə bağlı Rusiyanın cavabı tamamilə qeyriməqbuldur
Ketevan Tsixelaşvili - Arçil Tatunaşvili məsələsi ilə heç bir əlaqəsinin olmadığı ilə bağlı Rusiyanın cavabı tamamilə qeyriməqbuldur

“Arçil Tatunaşvili məsələsi ilə bağlı şikayət, hərhalda, Rusiyanın effektiv kontrol həyata keçirən dövlət məsuliyyətini nəzərdə tutur”, – bu bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Arçil Tatunaşvilinin ailəsinə Rusiyanın baş prokurorluğundan göndərilən məktubu şərhləndirərkən verdi.

“Şikayət real olaraq, Rusiyaya qarşıdır. Təbii ki, Rusiyanın baş prokurorluğunun Tatunaşvili ailəsinə göndərdiyi məktubdaki cavabı tamamən qeyriməqbuldur” – dedi Tsixelaşvili.

Onun dediyinə görə, Rusiyadan göndərilən məktub Gürcüstan tərəfinin şikayətini dəyişdirməyəcək.

Xatırladaq ki, Rusiyanın Baş Prokurorluğu Arçil Tatunaşvilinin ailəsinə cavab məktubu göndərdi, hansında deyilir ki, “Cənubi Osetia müstəqil bir dövlətdir və onun siyasi fəaliyyətinə Rusiya qarışmır”