Karl Hartsel - Səs vermə nəticələri təəssüf edici idi və Gürcüstanda polyarizasiyaya səbəb oldu
Parlamentin etibarının bərpası cəhdini dəstəkləyirik, – bu barədə bəyanatı jurnalistlərə Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel proporsiyonal seçki sisteminə keçiş ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin düşməsi ilə və müxalifət partiyalarının etiraz aksiyaları ilə bağlı verdi.
“Proporsiyonal seçki sisteminə keçiş məsələsi ilə bağlı Avropa İttifaqının bəlli bir mövqeyi var və ona görə də parlamentdəki səs vermənin nəticələri bizim üçün təəssüf edici idi. Biz baş verənlərə görə narahatçılığımızı bildiririk və parlamentin etibarının bərpası cəhdini və vəziyyətin tənzimlənməsi üçün dialoqun başlamasını dəstəkləyirik” – dedi Karl Hartsel.