Karl Hartsel - Bizim mövqeyimiz odur ki, hazırki mərhələdə, siyasi tərəqqi üçün ən yaxşı yol dialoq vasitəsi ilə kompromis tapmaqdır
Belə bir razılaşma var ki, müxtəlif seçki sistemləri haqqında dialoq formatında diskussiyalar keçiriləcək, – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel verdi.
Onun dediyinə görə, iqtidar və müxalifət arasında danışıqların dördüncü raundu başa çatdı və tərəflər tərəqqinin davam edilməsi ilə bağlı razıdırlar.
“İlin sonuna doğru gəldik və deyə bilərəm ki, dialoqların baş tutması – yeni imkanlar platformasıdır. Bu tərəqqiyə gedən yeganə yol deyil, ancaq dialoq formatlı razılaşma irəli getmək üçün imkandır. Bu məsələ ilə bağlı mənim mövqeyim belədir. Ən yaxşı yol dialoq forması ilə kompromiss tapmaqdır” – dedi Karl Hartsel.