İyunda iqtisadi artım 4 faiz idi
İyunda iqtisadi artım 4 faiz idi

Cari ilin iyun ayında Gürcüstanda iqtisadi artım 4 faiz idi. Məlumatı Sakstat yayır.

İlkin dəyərləndirməyə görə, 2018-ci ili iyununda, keçən ilin müvafiq dövrü ilə müqayisədə, nəqliyyat, mehmanxanalar və restoranlar, maliyyə fəaliyyəti və ticarət sahəsində əhəmiyyətli artım qeydə alınırdı.

İdarənin məumatına görə, ikinci kvartalda ümumi daxili məhsulun artımın orta göstəricisi 6 faizi təşkil etdi, 6 ayda isə 5,7 faizi.

Xatırladaq ki, son illərdə ən yüksək göstəricilərdən biri mayda qeydə alındı və 7,5 faizi təşkil etdi.