Statistika Xidməti - Gürcüstanda yaşayış minimumu miqdarı azaldı
Statistika Xidməti - Gürcüstanda yaşayış minimumu miqdarı azaldı

Milli Statistika Xidmətinin göstəriciləri ilə, 2020-ci ilin aprelində, mart ilə müqayisədə, Gürcüstanda yaşayış minimumu miqdarı azaldı. Cari ilin martında işləmə bacarığı olan yaşlı kişinin yaşayış minimumu 206.1 lari idi, apreldı isə, bu göstərici 199.6 lari qeydə alındı.

Bununla yanaşı, xidmətin məlumatına görə, mart ilə müqayisədə 5.8 lari ilə orta istifadəçinin yaşayış minimumu azalıb və 176.8 larini təşkil edir. 10 lari və 90 tetri ilə orta ailə yaşayış minumumu da azaldı və 334.8 laridə qeydə alındı.

Ailə üzvlərinin sayına uyğun olaraq yaşayış minumumu martda qarşıdakı göstəricilərlə qeydə alındı: bir üzvlü ailədə məbləğ 176.8 lari ilə müəyyənləşdirildi, iki üzvlü – 282.8 lari, üç üzvlü – 318.2 lari, dörd üzvlü 353.6 lari, beş üzvlü 397.8, altı üzvlü və artıq üzvlü ailədə 470.2 lari ilə.

Milli Statistika Xidməti yaşayış minimumunu minimal qida səbətinə əsasən tərtib edir. Yaşayış minimumunun minimal qida səbəti 40 adlı produktan ibarətdir – çörək, buğda-taxıl, ət, süd məhsulları, tərəvəz və konditr məhsulu.