Yanvar-martda Gürcüstan üçün ən böyük ixracatçı ölkə Azərbaycan, idxalçı isə, Türkiyə idi
Yanvar-martda Gürcüstan üçün ən böyük ixracatçı ölkə Azərbaycan, idxalçı isə, Türkiyə idi

2020-ci ilin yanvar-martında on ən böyük ixracatçı ölkənin payı Gürcüstanın ümumi eksportunda 77.9 faizi təşkil etdi. Xarici ticarət haqqında göstəriciləri Milli Statistika Xidməti yayır.

Milli Statistika Xidmətinin məlumatına görə, birinci yerdə 121.9 mln. ABŞ dolları ilə Azərbaycan, ikinci yerdə 99 mln. ABŞ dolları ilə Çin, üçüncü yerdə isə, 91.2 mln. ABŞ dolları ilə Rusiyadır.

Bununla yanaşı, ilkin göstəricilərlə 2020-ci ilik ilk üç ayında on ən böyük idxalçı ölkənin payı Gürcüstanın ümumi eksportunda 69.8 faizi təşkil etdi. Birinci üçlüyə daxildir: Türkiyə – 348.3 mln. ABŞ dolları, Rusiya – 210.1 mln. ABŞ dollar, Azərbaycan – 184.3 mln. ABŞ dolları.