İtaliyanın Gürcüstandaki səfiri - İtaliya, ATƏT-in sədr ölkəsi kimi, Cenevrə danışıqlarını dəstəkləyir
İtaliyanın Gürcüstandaki səfiri - İtaliya, ATƏT-in sədr ölkəsi kimi, Cenevrə danışıqlarını dəstəkləyir

İtaliyanın mövqeyi Cenevrə danışıqlarının davam etdirilməsidir – bu barədə İtaliyanın Gürcüstandaki səfiri, Antonio Enriko Bartoli “Avropa Gürcüstanı” partiyasının nümayəndəsi, Qiqi Sereteli ilə görüşərkən bəyan etdi. Görüşdə işğal olunmuş Sxinvalidə Arçil Tatunaşvilinin vəfat etməsini və ümumiyyətlə işğal olunmuş bölgədə mövcud durumu müzakirə etdilər.

Səfirin qeyd etdiyinə görə, İtaliya, ATƏT-in sədr ölkəsi kimi, Cenevrə danışıqlarını dəstəkləyir.

“İstəmirik ki, bu təəssüfləndirici insident Cenevrə danışıqlarına mənfi təsir göstərsin. Bizim mövqeyimizdir ki, Cenevrə danışıqları davam etdirilsin”, – Bartoli bəyan etdi.

 

Qiqi Seretelinin bəyan etdiyinə görə, separatçılar və Rusiyaya təziq olmalıdır ki, qeyd olunan məsələ vaxtında həll olunsun.