İsraildən uçan təyyarənin biri geri qayıtdı, biri isə Kutaisi aeroportuna endi
İsraildən uçan təyyarənin biri geri qayıtdı, biri isə Kutaisi aeroportuna endi

Əlverişsiz hava şəraitinə görə, Tbilisi Beynəlxalq Aeroportunda reyslərin əsas hissəsi ləğv edildi.

Birinci Kanala Tbilisi Beynəlxalq Aeroportundan bildirildiyinə görə, güclü dumana görə, aeroport İsraildən iki reysi qəbul edə bilmədi. İsraildən uçan təyyarənin biri geri qayıtdı, biri isə Kutaisi aeroportuna endi.

Bu vaxta qədər İstanbul, Münhen, Tehran, Dubay, Urumçi və Alma-Atadan reyslər ləğv olunubdur.

Tbilisi Beynəlxalq Aeroportunda ləğv olunmuş reyslərin nə zaman bərpa olacağını konkretləşdirə bilmirlər.