Bangkokdan Tbilisiyə çarter reysləri həyata keçiriləcək
Bangkokdan Tbilisiyə çarter reysləri həyata keçiriləcək

Cari ilin dekabrın 28-dən Bangkok-Tbilisi istiqaməti ilə “Thai Air Asia X” aviaşirkəti birbaşa çarter uşuşlarının həyata keçirilməsinə başlayır.

“TAV Georgia”-nın məlumatına görə, çarter uçuşları üç ay ərzində, həftədə üç dəfə Airbus 330 tipli hava gəmisi ilə həyata keçirləcək.

Bu gün aviaşirkətin nümayəndələri “TAV Georgia” və Mülki Aviasiya Agentliyinin rəhbərliyi ilə ilk işçi görüşünü Tbilisi Beynəlxalq Aeroportunda keçirdilər. Tərəflər uçuşların başlanılması ilə bağlı prosedurları müzakirə etdilər.