"İriao" qrupu Avroviziyanın "Alta arena" səhnəsində ilk repetisiyasını keçirdi [Foto, video]

Avroviziya 2018-in Gürcüstan iştirakçısı olan etno-jaz-bend “İriao” qrupunun üzvləri Lissabonda “Alta arena” səhnəsində ilk repetisiyalarını keçirdilər.

“İriao” qrupunun “Sənin üçün” mahnısı müsbət dəyərləndirmələr alır  və bukmeykerlərin diqqətini cəlb edir.

“Alta arena” səhnəsindəki yarım finalda 18 iştirakçı çıxış edəcək və seçilən onluq mayın 12-də finalda iştirak edəcək.

Avroviziyanın rəsmi veb-səhifəsində qeyd olunur ki, qrup 2013-cü ildə beynəlxalq populyarlığı əldə etdi və dünyanın müxtəlif aparıcı festivallarında diqqətləri cəlb edir.