Avroviziyada Gürcüstan nümayəndəsi, Tornike Ğipianinin mahnısı və videosu

Gürcüstanın Birinci Kanalının “Axali Dğe” səhər efirində Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Tornike Ğipianinin “Take me as i am” mahnısının və videosunun təqdimatı oldu.

Mahnı və sözlərin müəllifi müğənninin özüdür. Arajinman üzrə Tornike Ğipiani Aleko Berdzenişvili ilə birlikdə işlədi.

Tornike Ğipianinin mahnısı üçün çəkilmiş video sabah “Eurovision.tv” saytında yerləşdiriləcək.

Tornike Ğipianinin “Take me as i am” mahnısının tizeri dünən yayıldı.

Avroviziyanın 65-ci mahnı müsabiqəsinə 12, 14 və 16 mayda Roterdam ev sahibliyi edir. Gürcüstan nümayəndəsi tamaşaçılar qarşısında mayın 14-də təqdim olunacaq.