Avroviziyada Gürcüstan nümayəndəsi, Tornike Ğipianinin mahnısının tizeri

Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Tornike Ğipianinin “Take me as i am” mahnısının tizeri yayılır. Mahnı və sözlərin müəllifi müğənninin özüdür. Arajinman üzrə Tornike Ğipiani Aleko Berdzenişvili ilə birlikdə işlədi.

Mahnının premyerası yaxın günlərdə Gürcüstanın Birinci Kanalı efirində baş tutacaq.

Avroviziyanın 65-ci mahnı müsabiqəsinə 12, 14 və 16 mayda Roterdam ev sahibliyi edir. Gürcüstan nümayəndəsi tamaşaçılar qarşısında mayın 14-də təqdim olunacaq.