İrakli Şotadze Xorava küçəsində öldürülən David Saralidzenin atası ilə görüşməyə hazırdır
İrakli Şotadze Xorava küçəsində öldürülən David Saralidzenin atası ilə görüşməyə hazırdır

Gürcüstanın baş prokuroru İrakli Şotadze Xorava küçəsində öldürülən David Saralidzenin atası ilə görüşməyə hazır olduğunu bildirdi.

Şotadzenin dediyinə görə, o saralidzenin bütün suallarına cavab verməyə hazırdır.

“Gürcüstan prokurorluğu hər bir cinayət məsəlsində zərər görənlərin yanında durur. Gürcüstan prokurorluğu və şəxsən mən Dadunaşvililər və Saralidzelərin ailəsinə baş sağlığı diləyirik və yanlarında dururuq.

Gürcüstan prokurorluğu bu məsələ ilə bağlı bütün prosesual və istintaq hərəkətlərini həyata keçirdi. Zaza Saralidze ilə görüşməyə və onun hər bir sualına cavab verməyə hazıram.

İndiyə qədər zərər görənlərin ailələri ilə komunikasiyamız var idi və bu komunikasiya mütləq davam edəcək. Biz sonuna qədər zərər görən ailələrin maraqlarını qoruyacağıq” – dedi Şotadze.