İrakli Sesiaşvili - Düşünürəm ki, Giorgi Marqvelaşvili və "Vətənpərvərlər alyansı" ortaq maraq tapıblar
İrakli Sesiaşvili - Düşünürəm ki, Giorgi Marqvelaşvili və "Vətənpərvərlər alyansı" ortaq maraq tapıblar

Parlamentin Müdafiyə Komitəsinin sədri İrakli Sesiaşvili prezident Giorgi Marqvelaşviliyə müraciət edir ki, Rusiya prezidenti ilə görüş haqqında verdiyi bəyanatı təkrarlasın və onun mənasını izah etsin.

Sesiaşvilinin dediyinə görə, prezidentin bugünki bəyanatı onu təəcübləndirdi.

“Prezidentin parlamentdəki çıxışını da ən çox “Vətənpərvərlər Alyansı” dəstəkləmişdi, demək ki, onlar bu nöqtədə ortaq maraq tapıblarmış. Onun ikimənalı bəyanatını anlaya bilmədim və tamamən kontekstdən kənar olduğunu düşünürəm” – dedi Sesiaşvili.

“Həmişə deyirəm ki, elə bir vaxtı xəyal edirəm ki, Rusiya lideri ilə, onun imicindən irəli gələrək deyil, hər bir rus ailəsinin maraqlarından irəli gələrək, söhbət edəcəm – Bu bəyanatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tələbələrlə görüş zamanı verdi.