Fövqəladə vəziyyətin uzadılması məsələsi barəsində Parlamentdə səsvermə 22 apreldə keçiriləcək
Fövqəladə vəziyyətin uzadılması məsələsi barəsində Parlamentdə səsvermə 22 apreldə keçiriləcək

Gürcüstan Parlamentində fövqəladə iclas 22 apreldə keçiriləcək. Deputatatlar fövqəladə vəziyyətin müddətinin uzadılmasını səsə qoyacaqlar. Halbuki, buna qədər qeyd olunan məsələ barəsində prezident baş nazirin təqdimatı ilə dekret dərc etdirməlidir.

Qərar imzalanan an qüvvəyə minəcək və qüvvəsi itirilmiş kimi yalnız Parlamentdə siyahı ilə çoxluxun dəstəyinin olmadığından sonra hesab olunacaq.

Parlamentdə səsverməyə qədər fövqəladə vəziyyət bütün ölkə miqyası ilə prezidentin dekreti ilə uzadılacaq.

Artıq məlumdur ki, fövqəladə vəziyyətin müddətinin uzadılmasını Parlament çoxluğu dəstəkləyəcək.

Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin sədri, İrakli Sesiaşvilinin dediyinə görə, Parlament çoxluğu qeyd olunan məsələni tamamilə dəstəkləyəcək.

Elə onun dediyinə görə, fövqəladə vəziyyətin müddətinin uzadılması vacibdir və onu ictimaiyyət də dəstəkləyir.