İrakli Sesiaşvili - polis işçiləri layaqətlə və qanuna müvafiq olaraq hərəkət etdikdə, Mixeil Saakaşvili üçün bu ən böyük zərbədir
İrakli Sesiaşvili - polis işçiləri layaqətlə və qanuna müvafiq olaraq hərəkət etdikdə, Mixeil Saakaşvili üçün bu ən böyük zərbədir

Ondan artıq siyasi pislik nə ola bilər nə vaxt ki, keçmiş prezident ləyaqətli polis işçilərini doksopulolar adlandırır və gəncləri evə soxulmağa və zoraklığa çağırır, – bu barədə Parlamentin Müdafiə Komitəsinin sədri, İrakli Sesiaşvili jurnalistlərə bəyan etdi. Bununla o, Mixeil Saakaşvilinin bəyanatına əks əsda verdi.

Sesiaşvilinin dediyinə görə, Saakaşvilinin bəyanatı çox biabırçılıqdır.

“Hamı başa düşməlidir ki, polis işçilərimiz ölkəni, qaydanı, təhlüksizliyi və hər birimizi müdafiə edirlər, bu onların öhdəliyidir və onlara buna görə təşəkkürümü bildirirəm. Aydındır ki, bütün bu cür siyasi haramzadəliyə cavab veriləcək. Bu onun nümayişidir ki, Mixeil Saakaşvili ümidsizliyə düşüb, görür ki, dəstəyi yoxdur və elə hücumlara keçir ki, hədəfi bizim layəqətli institutlarımızdır. İlk növbədə polis və müdafiə idarəsi. Polis işçiləri layaqətlə və qanuna müvafiq olaraq hərəkət etdikdə, Mixeil Saakaşvili üçün bu ən böyük zərbədir. Bu isə, hakimiyyətə gəlməsi siyasi arzularına problemlər yaradır”, – Sesiaşvili bəyan etdi.