İrakli Antadze - İşğal qüvvələrinin təhlükəli və desktruktiv hərəkətləri nəticəsində yığılan dəhşətli insindentlərlə bağlı bütün məsələləri Erqneti görüşündə qaldıracağıq
İrakli Antadze - İşğal qüvvələrinin təhlükəli və desktruktiv hərəkətləri nəticəsində yığılan dəhşətli insindentlərlə bağlı bütün məsələləri Erqneti görüşündə qaldıracağıq

Erqnetidə insindentlərin prevensiyası və onlara reaksiya mexanizmlərinin 95-ci görüşü başlayana qədər, Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Xidmətinin rəhbəri İrakli Antadze görüş haqqında medya ilə söhbət etdi.

Onun dediyinə görə, müzakirə olunacaq məsələlər arasında son vaxtlar Ququtiankari kəndində baş alıb gedən “sürünən işğal” və Xaşuri munisipalitetinin Çorçana kəndinin yaxınlığında işğal qüvvələrinin provokasiyalı hərəkətləri olacaq.

“İşğal qüvvələrinin təhlükəli və desktruktiv hərəkətləri nəticəsində yığılan dəhşətli insindentlərlə bağlı bütün məsələləri Erqneti görüşündə qaldıracağıq” – dedi İrakli Antadze.

Onun dediyinə görə, söhbət işğal xəttinin yanından Gürcüstan vətəndaşlarının qanunsuz həbs edilmələri məsələsinə də toxunacaq.