Çorçana və işğal olunmuş Snelisi kəndi yaxınlığında yaranmış durumu bu gün Erqnetidə, texniki görüşdə müzakirə edəcəklər
Çorçana və işğal olunmuş Snelisi kəndi yaxınlığında yaranmış durumu bu gün Erqnetidə, texniki görüşdə müzakirə edəcəklər

İnsidentlərin prevensiyası və onlara münasibət mexanizmləri qrupunun pozulmuş görüşündən sonra, bu gün beşinci texniki xarakterli görüş keçirilir. Görüş Avropa İttifaqı və ATƏT-in vasitəçiliyi ilə keçirilir.

Sxinvalinin de fakto, Rusiyanın işğal rejimləri və Gürcüstanın mərkəzi hakimiyyətinin nümayəndələrinin görüşündə müzakirənin əsas mövzusu Çorçana və işğal olunmuş Snelisi kəndi yaxınlığında yaranmış durum olacaq.

Gürcüstanın mərkəzi hakimiyyəti de fakto rejimdən Çorçana və Snelisi arasında qanunsuz hərəkətlərin dayandırlmasını tələb edir.

Görüşdə həmçinin de fakto rejimi tərəfindən qondarma buraxılış məntəqələrinin bağlanılması barəsində söhbət olacaq.