Erqnetidəki görüşdə gürcü tərəfi Xurvaleti kəndinin yanında işğal rejimi tərəfindən nəzarət qülləsinin qaldırılması məsələsini müzakirə edəcək
Erqnetidəki görüşdə gürcü tərəfi Xurvaleti kəndinin yanında işğal rejimi tərəfindən nəzarət qülləsinin qaldırılması məsələsini müzakirə edəcək

Erqnetidə bugün insindentlərin prevensiyası və onlara reaksiyanın verilməsi mexanizmləri üzrə növbəti görüş keçiriləcək.

Görüşdə gürcü tərəfi Xurvaleti kəndinin yanında işğal rejimi tərəfindən nəzarət qülləsinin qaldırılması məsələsini müzakirə edəcək

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, qeyd olunan məsələ ilə bağlı Avropa İttifaqının müşahidəçilik missiyasına da məlumat verilib.

Xurvaleti kəndinin yanında işğalçı rejim tərəfindən nəzarət qülləsinin tikilməsi ilə bağlı işlər iki gün bundan öncə başladı.