"İmedi" holdinqi - Təəssüf ki, "Freedom House"-un hesabatında "İmedi" və "Maestro" kanallarının fəaliyyətləri doğru dəyərləndirilməyib
"İmedi" holdinqi - Təəssüf ki, "Freedom House"-un hesabatında "İmedi" və "Maestro" kanallarının fəaliyyətləri doğru dəyərləndirilməyib

“İmedi” holdinq beynəlxalq təşkilat “Freedom House”-un hesabatına səslənir, hansı ki, medyaya aid olan hissəsində, Gürcüstanda 2017-ci ildə medyanın vəziyyətinin ağırlaşmasından bəhs edir.

“İmedi” holdinqinin nümayəndələri “Freedom House” kimi nüfuzlu bir təşkilatdan belə yanlış məlumat yayımasını inanınlaz adlandırırlar.

“Belə bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən bu qədər yanlış bir məlumatın yayılması həqiqətən də inanılmazdır. Xatırladırıq ki, 2007-ci ildən 2012-ci ilin sonuna qədər “İmedi” kanalı tamamən sabiq iqtidar tərəfindən nəzarət edilirdi, ona qədər isə, “İmedi” kanalı silahlı hücuma və fiziki terora məruz qaldı” – deyirlər “İmedi” holdinqin nümayəndələri.

“İmedi” holdinqinin nümayəndələrinin bəyanatına görə, ölkənin reytinqli kanallarından biri olaraq İmedi kanalının və 24 saatlıq xəbər kanalı kimi formalaşan “Maestro” kanalının Freedom House-un hesabatında yanlış dəyərləndirilməsi çox təəssüf edicidir.