İlham Əliyev 11 Gürcüstan vətəndaşını əfv etdi
İlham Əliyev 11 Gürcüstan vətəndaşını əfv etdi

Azərbaycan prezidenti İlham Əliyev Respublika günü ilə bağlı 634 məhbusu əfv etdi.

Bu barədə məlumatı Azərbaycan medyası prezident administrasiyasının verdiyi məlumata dayanaraq, yazır.

Əfv edilənlər arasında 12 Gürcüstan vətəndaşı var.

Tam olaraq, əfv edilən şəxslər arasında 12 müxalifətçi və xarici ölkənin 39 vətəndaşı var.

Gürcüstan vətəndaşlarından başqa, İlham Əliyev beş Çin vətəndaşını, dörd Rusiya vətəndaşını, dörd İran vətəndaşını, Dörd Banqladeş vətəndaşını, iki-iki Türkiyə, Qazaxstan, Özbəkistan, Kamerun, Hindistan, Əfqanistan və Ukrayna vətəndaşlarını azad etdi.

Bununla yanaşı, amnistiya edilənlər arasında heç bir ölkənin vətəndaşlığı olmayan üç nəfər də daxil edildi.

Məhbusların hamısını, əfv haqqında əmrin qüvvəyə mindiyi andan azad edəcəklər.