İkinci İliya “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində həlak olanların ruhlarına dua etdi
İkinci İliya “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində həlak olanların ruhlarına dua etdi

Bütün Gürcüstan bunu ən böyük faciə kimi qəbul etdi, – bu barədə Bütün Gürcüstanın Katalixos Patriarxı, Pak və Müqəddəs İkinci İliya bəyan etdi. Burada o, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində həlak olanların ruhlarına dua etdi.

“Gürcüstan kilsəsi və şəxsən öz adımdan ailələrə həmrəylimi bildirirəm. Allah onlara rəhmət etsin”- patriarx qeyd etdi.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.