İkinci İliya - xaricdə bir çox gürcü həbsxanadadır, hər şeyi etməliyik ki, bu mənfi tərəflər aradan qaldırılsın
Xaricdə oğurluq və ya başqa mənfi iş üçün, bir çox gürcü həbsxanadadır, hər şeyi etməliyik ki, bu mənfi tərəflər aradan qaldırılsın, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İliya diaspor gününə həsr olunmuş hərillik forumda nitqlə çıxış edərkən bəyan etdi.
Patriarxın qeyd etdiyinə görə, diasporun hərəkəti, fəaliyyəti viza rejiminə daha artıq təsir göstərəcək. İkinci İliyanın dediyinə görə, viza rejimi asanlaşdırılacaq, “əgər gürcülər özlərini yaxşı aparsalar”.
Patriarx hakimiyyətdən xahiş edir ki, gürcülərin vətənlərinə qayıtmalarını asanlaşdırsın.
“Gürcüstan Kilsəsi adından hamınızı salamlayıram. Bu gün qarşımızda önəmli məsələ durur – Gürcüstanın inkişafında xaricdə yaşayan gürcülər nə cür iştirak etməlidirlər. Qeyd olunasıdır ki, onların iştirakı əhəmiyyətlidir. Onlar Gürcüstan üçün çox şey edirlər. Lakin mənfi tərəflərini də qeyd etməyə bilmərəm. Xaricdə oğurluq və ya başqa mənfi iş üçün, bir çox gürcü həbsxanadadır, hər şeyi etməliyik ki, bu mənfi tərəflər aradan qaldırılsın.
Diasporun hərəkəti, fəaliyyəti viza rejiminə daha artıq təsir göstərəcək. Viza rejimi asanlaşdırılacaq, əgər gürcülər özlərini yaxşı aparsalar. Ümid edirəm ki, bu belə olacaq”, – Patriarx qeyd etdi.
Gürcüstan Xarici İşlər Nazirliyi diaspor gününə həsr olunmuş hərillik forumuna ev sahibliyi edir.