İkinci İliya - David Qareci məsələsi üzrə danışıqlar aparılarkən kəskin bəyanatlar və hərəkətlər milli maraqlarımıza qarşı çıxır
İkinci İliya - David Qareci məsələsi üzrə danışıqlar aparılarkən kəskin bəyanatlar və hərəkətlər milli maraqlarımıza qarşı çıxır

Son zamanar Qareci səhrası ilə bağlı baş verən hadisələrin analizi onun təəsüratını yaradır ki, Azərbaycan və Gürcüstan arasında ciddi problemin yaradılmasına başqa qüvvə çalışır, lakin təxribatlara uymamalıyıq, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliyanın bəyanatında deyilir.

“Dövlətlər arasında David Qareci məsələsi üzrə danışıqlar aparılarkən kəskin bəyanatlar və hərəkətlər milli maraqlarımıza qarşı çıxır. Düşünürəm, gərginliyin ocağının yaradılması Azərbaycan tərəfi üçün qəbuledilməz olmalıdır.

Bu problemin ağrılı olduğu hərkəsə müraciət edirik, sakitliyi qoruyub saxlamalıyıq. Daha artıq vətəndaşlıq məsuliyyətimizi göstərməliyik. Özəlliklə də dini şəxslərə müraciət edirəm.

Həmçinin, Gürcüstan və eləcə də Azərbaycan hökuməti nümayəndələrinə müraciət edirəm, ədalətin müəyyənləşdirilməsi üçün intensiv danışıqlar aparılsın ki, xalqımız və ölkələrimiz arasında olan dost əlaqələr qorunub saxlanılsın və dərinləşdirilsin.

Öz nəvbəsində, Gürcüstan Kilsəsi danışıqlarda iştirak etməsinə hazır olduğunu bəyan edir”, – Patriarxın bəyanatında deyilir.