İqtisadiyyat və Davamlı İnkişaf naziri vəzifəsinə Natiya Turnava təyin edildi
İqtisadiyyat və Davamlı İnkişaf naziri vəzifəsinə Natiya Turnava təyin edildi

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri vəzifəsinə Natiya Turnava təyin edildi.

Baş nazirin müvafiq sərəncamı hökumət administrasiyasının veb səhifəsində yerləşdirildi.

Natiya Turnava bu günə qədər Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri müavini vəzifəsində çalışırdı.

O, nazir vəzifəsində Giorgi Kebuliyanı əvəz etdi. Kebuliya vəzifəsindən bu gün azad edildi.