Natiya Turnava - ticarət ilə bağlı müəyyən liberallaşdırma təqdirində kimsə hesab etməsin ki, adi yeni il qabağı şopinq olacaq, heç bir təqdirdə
Natiya Turnava - ticarət ilə bağlı müəyyən liberallaşdırma təqdirində kimsə hesab etməsin ki, adi yeni il qabağı şopinq olacaq, heç bir təqdirdə

Ümumi pandemiya ilə bağlı, çox dinamik vəziyyətdir. Britaniyadan tamamilə yeni məlumat aldıq ki, burada yeni mutasiya virusu aşkar olunub. Burada da düşünməliyik ki, müdafiə tədbirlərini görməliyik, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri vəzifəsini yerinə yetirən, Natiya Turnava bəyan etdi.

Onun dediyinə görə, hakimiyyət məhdudiyyətlərlə bağlı balanslaşdırılmış qərar qəbul etməlidir.

“Risklər kifayət qədər yüksəkdir, buna görə, bizə yekun qərar vermək üçün əlavə vaxt lazım gələcək. Əgər, bu günlərdə ticarət ilə bağlı müəyyən liberallaşdırma baş verdisə, kimsə hesab etməsin ki, adi yeni il qabağı şopinq olacaq, heç bir təqdirdə. Heç bir təqdirdə. Əgər bu cür qərar qəbul edilsə, bu yalnız çox xüsusi təhlükəsizlik tədbirləri ilə yüklənmiş qərar olacaq. Yekun qərar qəbul olunmamış, daha artıq müzakirə aparmağımız lazımdır. Ona qədər özümə icazə verə bilmərəm ki, öz şəxsi fikirlərmlə tanış edim”, – Turnava bəyan etdi.