Natiya Turnava bəyan edir ki, fevraldan beynəlxalq uçuşlara bütün məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır
Natiya Turnava bəyan edir ki, fevraldan beynəlxalq uçuşlara bütün məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bəyan edir ki, fevraldan beynəlxalq uçuşlara bütün məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır. Bu barədə nazir idarənin 2020-ci ili fəaliyyətinin hesabatını təqdim edərkən bəyan etdi.

Onun dediyinə görə, anti-böhran yardımları nəticəsində, iqtisadi aktivliklər istiqaməti üzrə çox pozitiv tendensiyalar qeydə alınır.

Bununla yanaşı, nazirin qeyd etdiyinə görə, pandemiyaya baxmayaraq, Nazirlik tərəfindən həyata keçirilən infrastruktur layihələri uğurla davam etdirilir və bir gündə olsun dayandırılmayıb.

“Kutaisi və Batumi Beynəlxalq Aeroportlarının genişləndirilməsi proqramı başa çatmaq fazasındadır. Biz planlaşdırırıq ki, praktiki olaraq fevraldan beynəlxalq uçuşlara bütün məhdudiyyətləri aradan qaldıraq və bu yeniləşdirilmiş infrastruktur müsafirlərə ev sahibliyi edəcək və vətəndaşlarımıza xidmət göstərəcək”, – Turnava bəyan etdi.