Hökumət yeni vergi təşəbbüsü ilə çıxış edir
Hökumət yeni vergi təşəbbüsü ilə çıxış edir

Gürcüstan hökuməti yeni miqyaslı və əhəmiyyətli vergi təşəbbüsü ilə çıxış edir, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili hökumət iclasında bəyan etdi.

Giorgi Kvirikaşvilinin bəyan etdiyinə görə, Maliyyı naziri tərəfindən irəli sürülən üç yeni islahat, özəlliklə kiçik istehsalçılara əlavə yardımçı olacaq.

Hökumət başçısının dediyinə görə, hakimiyyətin prioriteti, Gürcüstanda iqtisadi artımın təmin edilməsidir ki, buraya da maksimal olaraq əhalinin hər bir təbəqəsi qatılmış olacaq, özəlliklə də kiçik gəlirli hissəsi və ikinci təşəbbüs məhz elə bunu nəzərdə tutur.

Giorgi Kvirikaşvilinin dediyinə görə, üçüncü təşəbbüs Gürcüstanın bölgə maliyyə mərkəzinə çevirməsi məqsədini güdür.

Baş nazir qeyd etdi ki, təşəbbüslər əhatəli müzakirələrdən irəli gəlir. Müzakirələ hökumətin iqtisadi blokunda, eləcə də parlament çoxluğu ilə aparılırdı və bu cür koordinasiya və əməkdaşlıq davam edəcək.