Gürcüstanın Xarici İşlər Nazirliyi işğalçı rejim tərəfindən Çorçana kəndinin yanında zəbt olunan yüksəklilərlə bağlı narahatçılığını bildirən bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi işğalçı rejim tərəfindən Çorçana kəndinin yanında zəbt olunan yüksəklilərlə bağlı narahatçılığını bildirən bəyanat yayır

Gürcüstanın Xarici İşlər Nazirliyi işğalçı rejim tərəfindən Çorçana kəndinin yanında zəbt olunan yüksəklilərlə bağlı narahatçılığını bildirən bəyanat yayır.

Bəyanatda deyilir ki, son zamanlar işğal xəttinin yanında baş verən, sünii baryerlərin qaldırılması və Gürcüstan vətəndaşlarının həbs edilməsi kimi qanunsuz və provokasiyalı hadisələr fonunda, Xarici İşlər Nazirliyi, bu səfər də, işğalçı rejim tərəfindən Çorçana kəndinin yanındaki yüksəkliklərin zəbt edilməsi və orada “sərhəd” nişanlarının qoyulması faktları ilə bağlı narahatçılığını bildirir.

“Bu məqsədyönlü hərəkətdir və bu günə qədər baş verən proseslər zəncirinin davamıdır. Bunlar boş və mənasız hərəkətlərdir, çünki, daxili inzibati sərhədə nişan qoymaq gərəkmir.

Belə addımlar sadəcə olaraq, vəziyyətin destabilizasiyasına yol açır və Gürcüstan İqtidarının və beynəlxalq sülh qüvvələrinin sülh və sabitlik yaratmaq cəhdlərinə zərər verir.

Xarici İşlər Naziri işğal rejiminə müraciət edir ki, belə provokasiyalı addımlarını dərhal dayandırsın.

Nazirlik Rusiyaya da müraciət edir və Gürcüstanın ərazi bütövlüyünə suverenliyinə hörmət etməyə və 2008-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır” – deyilir nazirliyin bəyanatında.