Gürcüstanın turizm potensialı ilə müxtəlif ölkələrin nazirləri tanış olacaqlar
Gürcüstanın turizm potensialı ilə müxtəlif ölkələrin nazirləri tanış olacaqlar

Gürcüstanın turizm potensialı ilə müxtəlif ölkələrin nazirləri tanış olacaqlar, – bu barədə BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili verdi.

Onun dediyinə görə, nazirlərin Gürcüstana səfəri yaz fəslinin əvvəlində planlaşdırılıb.

“İyunda Gürcüstana müxtəlif ölkələrin nazirlərinin səfəri baş tutacaq. Gürcüstanın turizm potensialını biz onlara yerindəcə təqdim edəcəyik” – dedi Zurab Pololikaşvili.

Onun dediyinə görə, ölkənin turizm imicinin yüksəldilməsi üçün Gürcüstan iqtidarı ilə bərabər regionlarda da müxtəlif tədbirlər planlaşdırılıb.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi bu barədə Berlində danışdı, harada turizm sərgisi çərçivəsində, İqtisadiyyat və Stabil İnkişaf Nazirliyinin Milli Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ilə görüşdü.

Görüşdə digər məsələlərlə bərabər, həmçinin maarifləndirmə sahəsi ilə bağlı gələcək planlar müzakirə olundu.