Bakıda turist sərgisində Gürcüstan stendini İlham Əliyev və Mehriban Əliyeva gözdən keçirdilər
Bakıda turist sərgisində Gürcüstan stendini İlham Əliyev və Mehriban Əliyeva gözdən keçirdilər

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyası Azərbaycanda hərillik beynəlxalq turist sərgisində iştirak etdi.

Bakıda turist sərgisində Gürcüstan stendini Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident, birinci xanım Mehriban Əliyeva gözdən keçirdilər. Tədbirdə həmçinin Dünya Turizm Təşkilatının baş katibi, Zurab Pololikaşvili iştirak edirdi.

Azərbaycan prezidentini Gürcüstan stendi ilə Gürcüstan Milli Turizm Agentliyi Administrasiyasının rəhbəri, Giorgi Çoqovadze tanış etdi.

“Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF-2018” sərgisində 20 ölkəni təmsil edən 230 şirkət iştirak edir.

İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il, həmçinin Şərqi Yava sərginin debütantıdır.